Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı dezinfeksiya işləri aparılıb

AZAL - Azerbaijan Airlines

1,797 Views 0

Sentyabrın 4-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı profilaktik dezinfeksiya işləri aparılıb. Dezinfeksiya gecə saatlarında, hava limanı ərazisində sərnişinlərin və işçi heyətin olmadığı zaman həyata keçirilib.
 
Genişmiqyaslı dezinfeksiya Bakının hava limanı ərazisində COVID-19 virusunun yayılmasının qarşısını almaq, sərnişinlər və işçi heyət üçün təhlükəsiz və sağlam mühit yaratmaq məqsədi daşıyır.
 
Aerovağzal kompleksinin bütün sahələri antiseptik və dezinfeksiyaedici vasitələrlə tam emal olunub,  gediş, gəliş, baqaj qəbulu zallarında zərərsizləşdirici tədbirlər görülüb.
 
Döşəmələr, divarlar, oturacaqlar, pəncərələr, eskalatorlar, qeydiyyat masaları, baxış zonaları, liftlər, traplar, tutacaqlar, sürahi səthləri, qapı tutacaqları  və  s. dezinfeksiyaedici məhlulla emal edilib.

Ətraflı: https://www.azal.az/az/article/588

Related Videos